Fikir vermisənsə fərqli dinlərin ayələri həkim məsləhətinə bənzəyir.
Bu məqalədə məhz bundan söhbət açağıq.
Epidemioloji xidmət
Musəvilər karantini belə anlayırdılar: “çaraata” (ekzemadan tutmuş leprayadək bütün dəri xəstəlikləri belə adlanırdı) düçar olmuş xəstəni səhraya gedib orada ölməyə məcbur edirdilər.
Bu haqda Levit Kitabında yazılıb. Musəvilərin fikrincə, “çaraat” yalnız günahkarlarda olurdu, ona görədə onlar insanı ölümə məhkum etməkdən vicdan əzabı çəkmirdilər.
Yeyilməsi qadağan olunmuş heyvanlar
Musa peyğəmbər bəşəriyyətə hansı heyvan, quş və balıqların yeyilməsi və hansıların haram olması barədə siyahı buraxıb. Müasir bioloqlar təsdiq edirlər ki, haram buyurulan canlılar əsasən yırtıcı heyvanlardan, leş yeyən quşlardan və zəhərli balıqlardan ibarətdir ki, bunların yeyilməsi ölümcül zəhərlənməyə yol aça bilər.
Oruc
Fizioloq Pavlov ac qalmağın nəticələrini bu cür izah edir: “Üç gündən sonra kəskin şəkildə qoxu bilmə bacarığı güclənir, görmə qabiliyyətinin yaxşılaşması müşahidə edilir”.
Həqiqətən də, insan ac qaldıqda, orqanizm bütün güclərini səfərbər edir ki, biz rahat şəkildə qida tapaq. Demək olar ki, hər dində oruca xüsusi yer verilir.
Təmiz hava
Günümüzdə bütün həkimlər tərəfindən məsləhət görülən təmiz hava buddizmdə çox təşviq edilir. Budda Qautama onu bütün xəstəliklərin dərmanı adlandırırdı. O öz xəvariclərinə ev sahibi olmaqdan imtina etməklərini, həyatlarını səyahətlərdə keçirməyi və açıq havada gecələməyi tövsiyyə edib.
Təmizlik
Daha çox insanın bədəninin yox, ruhunun xilasına yönəlmiş xristianlıqdan fərqli olaraq musəvilik və islam təmizliyə çox önəm verir. İslam peyğəmbərinin insanlara saxladığı təmizlik barədə ayələr saysız-hesabsızdır.
Qadın
Qadının aybaşı olduğu zaman cinsi əlaqəyə girmənin ciddi fəsadları var. Çünki bu zaman infeksiyaya yoluxmaq riski daha yüksək olur. Ona görə də bütün səmavi dinlər adət zamanı sekslə məşğul olmağı qadağan edir.
Fimozla mübarizə
Dünya Səhiyyə Təşkilatının bəyanatına əsasın dünyada kişilərin 10% fimozdan – artıq ətin darlaşması səbəbindən penisinin başının çölə çıxa bilməməsindən əziyyət çəkirlər.
Bu isə, penis başının ətrafında yığılan olduqca kanserogen ifrazat – smeqma ilə bağlı travma və iltihablara yol açır. Həmçinin oğlanların sünnət edilməsi qadınlarda uşaqlıq borusu xərcəngi riskini də aşağı salır.
Həmin smeqma qadınlarda da xərçəng əmələ gətirir.
Qeyd etmək lazımdır ki əvvələr yəhudilər səhra iblisi olan Balzebub-Setə ilk doğulan oğlan uşaqlarını qurban gətirərmiş.
Lakin cəmiyyət inkişaf etdikcə yeni doğulmuş uşaq yerinə onun penisinin artıq ətini qurban gətirməyə başlamışdılar. Sonra isə bu adət monoteistik inanca keçmişdi.