Hə
Mikrodalğalı sobadan çıxan qidada molekulyar səviyyədə ənənəvi yol ilə hazırlanan qida məhsullarında olmayan mikrodalğalı enerji mövcuddur.
Yox
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı birmənalı olaraq bəyan edib ki, mikrodalğalı sobaba hazırlanan qida təhlükəsizdir.
Verdikt: Zərərli deyil
Mütəxəssislərin sözlərinə əsasən, mikrodalğalı sobada hazırlanan qidalar həqiqətən öz strukturunu dəyişir.
Zülal denaturasiyaya uğrayır, yağlar əriyir, hüceyrələrin divarları məhv olur. Bunların hamısı qidanın bişirlməsi, qaynadılması və buğlanması zamanı da baş verir.
Burada yeganə təhlükə elektromaqnit mikrodalğaların birbaşa təsirinə uğramaqdır. Lakin qidada dalğalar enerjini su molekullarına ötürərək sönürlər.