1.Yuxuda gördüyün bütün üzlər realdır
Əgər yuxuda gözəl bir tanımadığın qız görürsənsə, deməli şüuraltın hardasa və nə vaxtsa gördüyün obrazı bərpa edir. Məsələ ondadır ki, sən bu üzü dünən, bir həftə və hətta 20 il əvvəl görə bilərdin.
2. Yuxuların televiziya ilə bağlıdır
Dandi Universitetinin araşdırması nəticəsində məlum olub ki, uşaqlıda baxdığın televiziya və gördüyün yuxular arasında bağ var. Bu günün 55-yaşlıları 25-yaşlılarla müqayisədə daha tez-tez monxrom (ağ-qara) yuxular görür.
3. Öz yuxularını idarə edə bilirsən
Sözsüz ki hər insanda yuxu gördüyünü anladığı anlar olur. Növbəti dəfə belə vəziyyətə düşdükdə çalış ətraf mühiti idarə et. Səni sürpriz gözləyə bilər.
4. İnsanlar daha çox pis yuxular görür
Tədqiqatlar bunu göstərir ki, insanlar əsasən mənfi emosional xüsusiyyətə malik olan yuxular görür. Yuxuda ən populyar hisslər – tədirginlik, uğursuzluq qorxusu, itmək hissi.
5. Sənin beynin istirahət etmir
İnsan yatarkən sakit görünsə də onun beyni aktiv şəkildə fəaliyyətdə olur. Daha doğrusu, yatarkən sənin beynin ayıq olduğun zamanla müqayisədə daha fəal olur.