Uzun müddət birgə yaşayış sizi bir-birinizə öyrəşdirir.
Əksər hallarda hətta beş ildən sonra sizin birgə həyatınızın əvvəlindəki ehtiras sönə bilər. Və birdə görürsən ki, o artıq sənin yanında yoxdur. Əgər münasibətlərinizə dəyər verirsinizsə həyat yoldaşınızı geri qaytarmağa çalışmalısınız. Bunun üçün nə etmək lazımdır.
1.Neytral münasibət
Elə qadınlar var ki, ərlərinin ayrılmaq barədə təəsüf hissi keçirməməsi ilə bağlı narahat olurlar. Çalış laqeyd münasibət göstər. Ola bilsin ki, sahiblik hissi və sənə qarşı sevgi onu geri qaytaracaq.
2.Ona dostlarınızın və qohumlarınızın vasitəsi ilə təsir et
Həyat yoldaşının dostları və qohumları ilə əlaqələrini yaxşılaşdır. Həmin insanlar onun sənin barədə fikirlərinə müsbət təsir edə bilərlər.
3.Həyat yoldaşına səyahətə getməyi təklif et
Münasibətlərinizi bərpa etmək üçün sizə mühiti dəyişmək zəruridir. Başqa şəhərə və ya ölkəyə səyahət sizdə xoş təəsürat saxlaya bilər. Müsbət abu-hava, dəniz və günəş psixikaya positiv təsir edir və cütlükləri yaxınlaşdırır. Çalışın hisslərinizi yenilədin. Bir yerdə çox vaxt keçirməyə çalışın.
4. Sevgi haqqında söhbət et
Axırıncı dəfə həyat yoldaşına onu sevdiyini nə vaxt demisən? İnan ki, qadın üçün bu vacibdir. Xoş sözlər və etiraflarda xəsislik etmə. Ona nə qədər gözəl olduğunu, onu nə qədər sevdiyini de.
5. Hədiyyə
Heç bir səbəbsiz ona çoxdandır arzuladağı əşyanı al. Yeni ili və ya sevgililər gününü gözləmə. Onu təəcübləndir, diqqət yetir. Bu keyfiyyətlər toydan sonrakı həyatda da vacibdir.