Taliban hökumətinin qəbul etdiyi yeni qərarlar və “cinayət məcəlləsi” ilə bağlı yayılan məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.
Gent.az xəbər verir ki, qərarlara əsasən ölkədə bir sıra sərt və insan haqlarına zidd tətbiqlər rəsmiləşdirilir.
Bildirilir ki:
- Əfqanıstanda köləlik anlayışı faktiki olaraq leqallaşdırılıb
- Cəmiyyət “kölələr” və “sahiblər” olaraq bölünəcək
- Kişilərə itaət etməyən həyat yoldaşlarına qarşı şiddət tətbiqinə icazə verilir
- Qadına qarşı şiddət qalıcı fiziki təsir yaratmadığı halda cəzasız qalacaq
- Taliban rejiminə müxalif olan hər kəs ölüm cəzası ilə cəzalandırılacaq
- Müxalifləri tanıyıb xəbər verməyən şəxslər həbs olunacaq
- “Günah” işlədən vətəndaşlara qarşı zorakılıq tətbiqi sərbəst olacaq
- Qız uşaqlarının ali təhsili ilə yanaşı, ümumilikdə təhsil alması qadağan edilib
- Rəqs etmək və rəqs edənləri izləmək yasaqlanıb
- Hənəfi məzhəbini tərk etmək qadağan olunub
Qeyd edək ki, bu qərarlar insan haqları təşkilatları tərəfindən kəskin şəkildə tənqid olunur və Əfqanıstanda vəziyyətin daha da ağırlaşacağı ilə bağlı xəbərdarlıqlar edilir.


