İsrail Hərbi Hava Qüvvələrinin Husi üsyançılarının Sənadakı bazalarına hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.
Gent.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sənada "Xəziz" elektrik stansiyasına və yanacaqdoldurma məntəqəsinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 92 nəfər yaralanıb. Zərərçəkənlərdən 21-nin vəziyyəti ağırdır.