“Su şəhəri” Bursa susuzluqla üz-üzə qaldı.
Gent.az xəbər verir ki, ıəzzətli suları və bol yaşıllığı ilə tanınan Türkiyənin ən gözəl şəhərlərindən biri olan Bursa ciddi su qıtlığı ilə mübarizə aparır. Əhalisi 3 milyonu keçən şəhərdə gündəlik 533 min kubmetr su tələbatı tam qarşılanmır.
Son günlərdə Bursadan gələn məlumatlar vəziyyətin daha da ağırlaşdığını göstərir. 1 oktyabrdan etibarən planlı su kəsintiləri tətbiq olunur, şəhərin əsas su mənbələri olan anbarlarda isə demək olar ki, su qalmayıb.
- Nilüfər anbarı tamamilə quruyub,
- Doğancı anbarında isə səviyyə sürətlə azalır.
Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən 14 qablaşdırılmış su istehsalı zavodu ildə 4 milyon 415 min kubmetr suyu qablaşdırıb satır.
Mütəxəssislərin sözlərinə görə, qlobal istiləşmə və azalan yağıntılar “su şəhəri” kimi tanınan Bursanı susuz qoyub. Uludağda əvvəlki illərlə müqayisədə qar örtüyü də azalıb, bu da yeraltı və bulaq sularının azalmasına səbəb olub.
Bursa Uludağ Universitetinin mühəndislik fakültəsinin müəllimi Doç. Dr. Efsun Dindar vəziyyəti belə izah edib:
"Su anbarlarımızda su səviyyəsi demək olar ki, sıfıra enib. Nilüfər anbarı artıq tam quruyub, Doğancı anbarı da kritik vəziyyətdədir. Gözlənilən yağışlar yağmadığı üçün şəhər hazırda susuzluqla mübarizə aparır. Planlı kəsintilər suya qənaət məqsədi daşıyır.”
Ekspert həmçinin suya çıxışda bərabərliyin vacibliyinə diqqət çəkib:
“Bursa sənaye şəhəridir — qida, tekstil, avtomobil sahələri çox su sərf edir. Ümumilikdə suyun 70%-i kənd təsərrüfatında, 20%-i sənayedə, 10%-i isə evlərdə istifadə olunur. İqlim böhranı şəraitində su planlaması daha ədalətli aparılmalıdır.”
Bursanın Kestel rayonundakı məşhur Saitabat Şəlaləsi də demək olar ki, quruyub. Saitabat Qadınları Dayaşma Dərnəyinin sədri Sermin Çakaloğlu deyib:
> “Şəlaləmiz əvvəllər turistlərlə dolub-daşırdı, indi isə su qalmayıb. Qar yağışları da azalıb. Son 10 ilin ən quraq dövrünü yaşayırıq.”
????️ Əgər yaxın günlərdə yağışlar olmasa, BUSKİ (Bursa Su və Kanalizasiya İdarəsi) planlı kəsintiləri davam etdirəcək. Şəhər hələlik suya qənaət və məhdudlaşdırma rejimi ilə ayaqda qalmağa çalışır.