Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üçün açıqladığı proqnoza əsasən, dünyanın ən böyük iqtisadiyyatı yenə də ABŞ olacaq.
Gent.az xəbər verir ki, ABŞ-nin ümumi daxili məhsulu (ÜDM) 31,8 trilyon dollar təşkil edəcək.
İkinci yerdə Çin (20,6 trilyon $), üçüncü yerdə isə Almaniya (5,3 trilyon $) qərarlaşıb.
İlk “onluq” belə formalaşıb:
ABŞ – 31,8 trilyon $
Çin – 20,6 trilyon $
Almaniya – 5,3 trilyon $
Hindistan – 4,5 trilyon $
Yaponiya – 4,4 trilyon $
Böyük Britaniya – 4,2 trilyon $
Fransa – 3,5 trilyon $
İtaliya – 2,7 trilyon $
Rusiya – 2,5 trilyon $
Kanada – 2,4 trilyon $
Türkiyə 1,5 trilyon dollarlıq ÜDM ilə 16-cı yerdə,
Səudiyyə Ərəbistanı 1,3 trilyon dollarla 19-cu yerdə,
Qazaxıstan isə 0,3 trilyon dollarlıq iqtisadiyyatı ilə 50-ci sırada qərarlaşıb.