Türkiyənin Balıkesir bölgəsində 6.1 ballıq zəlzələ baş verib.
Gent.az xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya bölgədə baş verən son vəziyyətlə bağlı açıqlama verib. Onun sözlərinə görə, əvvəlcədən boşaldılmış olan 3 bina və 1 mağaza tamamilə çöküb.
Nazir bildirib ki, dağıntılar altında heç kəs yoxdur və hazırda hər hansı bir can itkisi qeydə alınmayıb.
AFAD isə vətəndaşlara xəbərdarlıq edib:
-Zədələnmiş binalara daxil olmaq qadağandır.
-Hər an yeni çökmə riski mövcuddur.
Bölgədə axtarış-xilasetmə və təhlükəsizlik tədbirləri davam edir.


