Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.
Gent.az xəbər verir ki, əməliyyat müəssisənin tibb məntəqəsində həyata keçirilib.
Məlumata görə, meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona kiçik cərrahi müdaxilə olunub.
Rəşad Dağlının vəkili Elvin Əliyev bildirib ki, meyxanaçı tibbi müayinədən keçib və bu müayinə əsasında sadə cərrahi prosedur icra olunub:
“Hazırda səhhəti yaxşıdır, narahat olmağa ehtiyac yoxdur”.
Qeyd edək ki, Rəşad Dağlı qonşusunu qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının cəzasının hazırda 6 il 6 ayı qalıb.


