Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini sərt tənqid edib və müharibə ilə bağlı açıqlamalar verib.
Gent.az xəbər verir ki, onun sözlərinə görə:
- Rusiya ona verilən vədlərin yerinə yetirilməsini tələb edir, o cümlədən NATO-nun genişlənməməsi məsələsini;
- Müharibəni başlayan Rusiya olmayıb, münaqişəni Qərb başladıb;
- ABŞ və bəzi Avropa ölkələri Rusiyanı qısa müddətdə məhv edə biləcəklərinə əmin idilər;
- ABŞ-nin əvvəlki prezidenti Co Bayden vəziyyəti bilərəkdən müharibə həddinə çatdırıb;
- Qərbin Rusiyaya qarşı bütün intiqam planları və dağıdıcı niyyətləri uğursuzluğa düçar olub.
Putin vurğulayıb ki, Rusiya təzyiqlərə baxmayaraq məqsədlərindən geri çəkilməyəcək.


