Bu tətbiq həm iOS, həm də Android-də var.
Bundan sonra siz artıq hava limanlarına internetdə oturmaq üçün gələcəksiniz!
Əgər siz çox səyahət edirsinizsə və ya hava limanlarından tez-tez olursunuzsa orada “vay-fayın” nə qədər problemli olduğuna bələdsiniz. Özüdə hər hava limanında özünəməxsus problem var. Hardasa hər ay parol dəyişdirilir, hardasa o pulludur və sair.
Yeni WiFox tətbiqi sizi hava limanlarında qarşılaşdığınız problemlərdən xilas edəcək. Bu tətbiq avtomatik olaraq sizin telefonunuzun təsir dairəsinə düşən bütün “vay-fayları” yeniləyir və siz parol və ödəniş dərdi çəkmədən internetə daxil ola bilirsiniz.
Düzdür bir dəfə ödəniş etməli olacaqsınız. Tətbiqi yükləmək üçün 2 dollar tələb olunur. Amma bütün hava limanlarında pulsuz internetə çıxış imkanı ilə müqayisədə 2 dollar demək olar ki boş şeydir.