Myanmada fevralın 4-dən etibarən "tvitter" sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.
Bu barədə “NetBlocks” monitorinq xidməti xəbər yayıb.
Məlumatda "tvitter"in ölkədəki bir çox mobil operatorlar tərəfindən məhdudlaşdırıldığı bildirilib.
"Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan etibarən əlaqənin itirildiyini göstərir", deyə xəbərdə qeyd edilib.
Xidmət həmçinin, "facebook" sosial şəbəkəsinin istifadəsinə qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq da edib.