Artıq istifadəçilərin 52%-i eks-prezidentin səhifəsinin bərpasına səs verib.
Gent.az xəbər verir ki, sorğuda ümumilikdə 10 milyona yaxın insan iştirak edib.
"Keçmiş prezident Trampın hesabını bərpa edək. Xalqın səsi, Allahın səsidir", - deyə Mask öz səhifəsində yazıb.
Xatırladaq ki, Donald Trampın "Twitter" hesabı 7 yanvar 2021-ci ildə etirazçıların Kapitol binasına girməsi ilə bağlı hadisələr fonunda qeyri-müəyyən müddətə qadağan edilib.(oxu.az)