İstifadəçilərdən telefonlarına gələn doğrulama kodunu digər şəxslərlə paylaşmamaları istənilib.
Gent.az xəbər verir ki, bu kod olmadan telefon nömrəni doğrulamağa çalışan şəxs prosesi tamamlaya bilməz.
İKT üzrə mütəxəssis Samir Mehdiyev aztv-yə bildirib ki, vostap profillərinin oğurlanmasının qarşısını almaq üçün həm email, həm də mobil nömrə yolu ilə ikili qoruma aktivləşdrilməlidir.
Ekspert əlavə edib ki, profili oğurlanan şəxslərdən dostlarına virus göndərilə bilər və bu səbəbdən də ehtiyatlı olmaq lazımdır.