“Apple” İndoneziyaya 100 milyon dollar təklif etsə də, “iPhone” satışına qoyulan qadağa götürülməyib.
Gent.az xəbər verir ki, “Apple” şirkəti İndoneziyada yeni “iPhone”ların satışına qoyulan qadağanı aradan qaldıra bilməyib.
“Bloomberg“ daha əvvəl bildirmişdi ki, “Apple” İndoneziya iqtisadiyyatına təxminən 100 milyon dollar sərmayə qoymağı təklif edib ki, ölkə hakimiyyəti “iPhone”ların satışına qoyulan qadağanı aradan qaldırsın.
Məsələyə açıqlama verən hökumət nümayəndəsi bildirib ki, İndoneziya hakimiyyəti İT nəhənginin təklifini qəbul etməyib. “Əlbəttə, biz bu investisiyaların daha böyük olmasını istəyirik”, - deyə o bildirib.
Qanuna görə, İndoneziya bazarında satılan smartfonlar 40 faiz yerli komponentlərdən ibarət olmalıdır. Bu göstəricini təmin edə bilməyən smartfon istehsalçıları iqtisadiyyata pul yatırmalıdırlar.
Noyabr ayında “Apple” investisiya olaraq 10 milyon dollar ayırmağı təklif etmişdi və yeni “iPhone”ların satışına qadağa qoyulduqdan sonra bu məbləği 10 dəfə artırdı.