"YouTube" artıq istifadəçilərə videonun sonunda çıxan tövsiyə pəncərələrini gizlətmək imkanı yaradıb.
Gent.az xəbər verir ki, yeni funksiya masaüstü cihazlarda kanalın su nişanının üzərinə kursor gətirildikdə görünən “subscribe” düyməsinin ləğvi ilə birlikdə istifadəyə verilib.
Şirkətin açıqlamasına görə, dəyişikliklər istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır və kontent yaradıcılarının alətlərinə təsir etmir. İstifadəçi istədikdə “show” düyməsi ilə sonluq ekranını geri qaytara biləcək.
Sınaq müddətində “hide” funksiyasından istifadə, sonluq ekranına keçidlərin cəmi 1,5% azalmasına səbəb olub və baxış statistikasına ciddi təsir göstərməyib. Abunə düyməsinin isə ləğv edilməsinin səbəbi onun hər videonun altında birbaşa mövcud olması ilə izah olunur.
YouTube bildirir ki, bu dəyişikliklər sonluq ekranlarının və ya kanal su nişanlarının əlavə edilməsinə mane olmayacaq.