Mesajlaşma platforması "WhatsApp" yaxın vaxtlarda 1 saat ərzində avtomatik silinən mesajlar funksiyasını istifadəyə verə bilər.
Gent.az xəbər verir ki, Yeni xüsusiyyət sayəsində istifadəçilər göndərdikləri mesajların 60 dəqiqə sonra avtomatik olaraq yox olmasını aktivləşdirə biləcəklər.
Hazırda "WhatsApp"da mesajların 24 saat, 7 gün və ya 90 gün sonra silinməsi funksiyası mövcuddur. Yeni əlavə ediləcək 1 saatlıq seçim isə xüsusilə qısa müddətli ünsiyyət üçün nəzərdə tutulur.
Funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.


