Dünyaca məşhur avtomobil şirkəti "Volkswagen" 84 il sonra adını dəyişdirir.
ABŞ-da fəaliyyət göstərən şirkətin 84 il əvvəl yazılan press-relizdə "Voltswagen of America" olaraq qeyd olunub. Belə ki, bir müddət əvvəl həmin press-reliz şirkətin saytında yayımlanıb.
Səhvi tutan oxucular bu barədə şirkətə bildiriblər. Bundan sonra şirkət rəhbərliyi tərəfindən edilən araşdırmada məlum olub ki, ilk dəfə olaraq avtomobilin adı "Voltswagen" olaraq yazılıb. Lakin sonrakı yazılarda onun səhv qeyd olunduğu və dünyada "Volkswagen" olaraq tanındığı bildirilib.
Bundan sonra səlahiyyətli şəxslər "Volkswagen"in "Voltswagen" adlandırılması planını ortaya qoyub.