"Volvo"nun dəyəri 20 milyard dollara çata bilər.
Gent.az xəbər verir ki, "Geely" məsləhətçilər ilə "Volvo"dakı səhmləri birja vasitəsilə investora satmaq üçün (İPO) danışıqlar aparır. Şirkətin səhmlərinin ilkin kütləvi təklifinin Stokholm və Amsterdam birjalarında reallaşdırılması planlaşdırılır.
Avtomobil istehsalçıları, elektrikli avtomobil istehsalına keçmək üçün lazım olan böyük məbləğdə sərmayələri maliyyələşdirmək üçün müxtəlif yollar axtarırlar. "Geely Holding" Fevral ayında Volvo şirkətini və Çindəki "Geely Automobile" şirkətinə birləşdirmək qərarından imtina etmişdi. Bunun yerinə Geely iki şirkətin əməliyyatlarını yeni bir şirkətdə birləşdirmək qərarı vermişdir.(avtosfer.az)