Dəbdəbə deyiləndə ilk ağıla gələn maşın markalarından biri olan "Rolls Royce" unikal dizaynı və təəccübləndirən qiyməti ilə fərqlənir. Bəs bu avtomobillər niyə bu qədər bahalıdır? Gəlin bu sualın cavabını daha ətraflı araşdıraq:
Limitsiz arzu imkanları
Bir "Rolls Royce" markalı avtomobil alanda dəyişdirə biləcəyiniz və sizə özəl hazırlanması üzün arzu edəcəyiniz xüsusiyyətlər sonsuzdur. Belə ki, 44 mindən çox rəng seçiminə sahib "Rolls Royce" istədiyiniz əşyanın, hətta ev heyvanınızın rəngini yarada və avtomobilinizə tətbiq edə bilər.
Siz hətta şirkətin işçilərindən boyaya 1000 ədəd almaz qarışdırılmasını da xahiş edə bilərsiniz. Bəli, bu zarafat deyil, daha öncə yaşanmış real hadisədir.
Bundan əlavə, daxili dizaynda da istədiyiniz fərqlilikləri yarada bilərsiniz. Maşında istifadə olunması üçün dünyanın dörd bir yanından müxtəlif hissələr gətirə, xəyalınızdakı avtomobil ideyasını reallaşdıra bilərsiniz.
Uzun müddət ərzində hazırlanan əl işi detallar
"Rolls Royce" avtomobillərini bu qədər bahalı edən digər vacib bir səbəb uzun müddətə hazır olan əl əməyi maşın hissələridir.
Ən kiçik detallarına qədər əl ilə işlənən bu hissələr maşına özünəməxsus hava qatsa da, avtomobilin istehsalı ən azı 45 gün çəkir. Məsələn, "RR Phantom" modelinin sadəcə ön dəmirlərinin hazırlanması 12 nəfər insan tərəfindən 1 həftədə mümkün olub.
Skandinaviya öküzlərinin dərisindən hazırlanan daxili örtük
Hər nə qədər 21-ci əsrdə bir heyvanı dərisinə görə öldürmək qeyri-etik davranış olsa da, lüks marka bu hərəkəti etməkdən çəkinmir. Belə ki, "RR Phantom" avtomobilinin daxili dizaynını tamamlamaq üçün 8,3 kvadrat metrdən çox öküz dərisindən istifadə olunur.
Marka dərini xüsusilə, soyuqdan ağcaqanadların yaşaya bilmədiyi Skandinaviyada yetişdirdikləri öküzlərdən əldə edirlər.
Avtomobilinizdə problem yarananda onlar sizə gəlirlər
Bir "Rolls Royce" marka maşın aldınız, onu arzuladığınız kimi dizayn etdiniz və maşınınız sizə təslim edildi. Lakin bir müddət sonra avtomobilin görünüşündən bezdiniz, dəyişiklik etmək istəyirsiniz və ya problem yarandı.
Bu zaman sizin vaxt sərf edib səlahiyyətli servis tapmağınıza ehtiyac yoxdur. Çünki dünyanın harasında olursunuzsa olun, markanın texniki qrupu sizi ziyarət edəcək, yerindəcə bütün problemləri həll edib diləklərinizi gerçəkləşdirəcək.
Məşhurların nüfuzlu markası
"Rolls Royce" markalı avtomobillər bir çox varlıların xəyallarını bəzəyir. Bu maşınların yüksək təbəqəli insanların arasında populyar olması başqa bir marketinq imkanı yaradır.
Varlı şəxslər və ailələr arasında artan "Rolls Royce" sevgisi digər insanların da bu avtomobillərə yönəlməsinə səbəb olur və markanın dəyəri, nüfuzu və qiyməti gündən-günə artır.
Əgər bu xüsusiyyətlərdən sonra sizin də bu maşınlara marağınız yarandısa, qeyd edək ki, məşhur "Rolls-Royce" avtomobil markasının Qafqaz regionunda ilk rəsmi salonu Azərbaycanda “Improtex Motors” şirkəti tərəfindən açılıb. Qiyməti 435 min manatdan başlayan avtomobillər 2014-cü ildən Bakıda öz alıcılarını gözləyir.