10.Tesla Roadster
İlon Maskın bu avtomobili haqda hələ 2017-ci ildə söz açılıb. Hələ onda bu avtomobil ən tez sürət yığan avtomobil adı almışdı. İnanmaq çətin olsa da, Tesla Roadster saatds 100 kilometr sürəti 1,9 saniyəyə yığır.
9.McLaren Speedtail
“Speedtail” “McLaren Ultimate” seriyasının 4-cü modelidir. Bu avtomobil 2020-ci ildə məhdud tirajla buraxılıb. Lektrokarın əsas xüsusiyyəti – simsiz yükləmə qabiliyyətdir.
Lakin hər şey bununla bitmir. Avtomobilin elektroxrom şüşələri düyməyə sıxdıqda çalarını dəyişə bilir. Gün işığında maşın sürərkən bu xüsusiyyət çox kömək edir.
8.Rimac Concept Two
“Concept Two”nun istehsalçıları maksimal şəkildə futuristik avtomobil buraxmağa qərara gəliblər. Məsələn, avtomobilin qapısını üztanıma sistemi ilə açmaq olur, sükana isə dəyməmək də olar, çünki elektrokarı pilotsuz ediblər.
7.Bugatti La Voiture Noire
La Voiture Noire — möhtəşəm xarici görünüşə və keyfiyyətli xüsusiyyətlərə malik olan dəbli qara avtomobildir.
Qeyd etmək lazımdır ki, dünyada bu avtomobildən bir dənədir. İstehsalçı onu “Bugatti” şirkətinin təsisçisinin oğlu Jan Buqatiyə aid İkinci Dünya Müharibəsində yox olmuş “Bugatti Atlantic”in şərəfinə buraxıb. Onun qiyməti 11 milyon avrodur.
6.Koenigsegg Agera RS
“Agera RS” çox yüngül bana malik sürətli yolların fatehidir. Dünyada bu avtomobildən 25 dənədir. O, 3 saniyəyə saatda 100 kilometr sürət yığır, maksimal sürət həddi isə 457 kilometrdir.
5.SSC Tuatara
Bu avtomobilin ərsəyə gəlməsində “Ferrari”nin keçmiş dizayneri iştirak edib. Buna görə də, superkar olduqca görkəmli və texniki baxımdan yüksək səviyyədə hazırlanıb.
O, kərtənkələ növünün şərəfinə adlandırılıb, xarici görünüşdə isə kosmik raketə və yüksəksürətli təyyarəyə bənzəyir.
4.Hennessey Venom F5
Bu “Hennesy” şirkətinin ilk müstəqil modelidir. Maşın olduqca sürətlidir, 10 saniyəyə saatda 300 kilometr sürət həddinə çatır. Modelin adı ölümcül tornadodan götürülb.
3.Bugatti Chiron Super Sport 300+
Siyahımızın 3-cü pilləsində müasirləşdirilmiş mühərrikli “Chiron Super Sport 300+” durur. Qeyd etmək lazımdır ki, karbon lifləri sayəsində onun banı olduqca yüngüldür. Xarici görünüşdə o “Veyron Super Sport”a bənzəyir.
2.Koenigsegg Jesko Absolut
Şirkətin təsisçisi Kritsian Kenikseqqin adını daşıyan avtomobil əsl sürət “canavarıdır”. Maşının xarici görünüşünə də söz ola bilməz.
1.Devel Sixteen
Siyahımızın ən yüksək pilləsində 5007 at gücünə malik “Devel Sixteen” əjdahası durur. Bu avtomobilin prototipi hələ 2013-cü ildə təqdim edilsə də, 2020-ci ildə istehsal edilib.
Saatda 560 kilometr sürəti yığa bilən “Devel Sixteen” dünyanın ən sürətli avtomobili sayılır.