Yenilənmiş "Nissan Pathfinder" bir çox xüsusiyyətləri ilə diqqətləri çəkir.
Gent.az xəbər verir ki, sözügedən avtomobil görünüşcə "BMW X5"ə oxşayır. Ancaq necə deyərlər, qiyməti ondan daha ucuzdur.
300 at gücünə malik olan avtomobil ən müasir avadanlıqlarla təmin olunub.
Yeni "Pathfinder" kabelsiz enerji yığma funksiyası ilə yanaşı IOS və Android sistemlərini tam dəstəkləyir.
Habelə salonun arxa və ön hissəsində təxminən 11 düymlük rəngli dioqanal ekran mövcuddur.
Sözügedən modelin 2021-ci ilin sonuna qədər satışa çıxarılacağı bildirilir.