Braziliyanın San-Paulu şəhərində baş verən qeyri-adi hadisədə 64 yaşlı milyonçu 300 min funt-sterlinq dəyərində olan “Lamborghini” ilə Rolex saatını oğurlayan oğrunu təqib edib.
Gent.az xarici mediaya istinadla bildirir ki, təqib nəticəsində superkarın sahibi cinayətkarın “Honda Twister” motosikletini vurmağa cəhd edib və nəticədə ağır qəza baş verib.
Zərərçəkən milyonçu qəsdən oğrunun motosikletinə çırpılıb, lakin qəzaya baxmayaraq, təcavüzkar geridə yalnız saatı qoyub qaçıb. Toqquşma nəticəsində “Lamborghini”nin kapotunun altından tüstü çıxıb və avtomobil zərbədən yarıya bölünən dirəyə dəyərək ciddi ziyan görüb.
Oğrunun motosikleti yolda zibil yığını içində qalıb, cinayətkarın özü isə hər şeyə rəğmən qaça bilib. Qəzaya uğramış avtomobildən düşən milyonçu oğrunun getməsini izləməkdən başqa heç nə edə bilməyib.
Araşdırmaya başlayan polis cinayətkarı motosikletin nömrəsindən tez bir zamanda müəyyən edib. Hadisə yerindən oğrunun quldurluq zamanı milyonçunu hədələmək üçün istifadə etdiyi tapança və mobil telefon da tapılıb.
“Lamborghini”nin sahibi yalnız kiçik kəsiklər və göyərmələr alıb, avtomobilinə isə ciddi ziyan dəyib. Hadisənin təfərrüatlarına polisin araşdırması başa çatdıqdan sonra aydınlıq gətiriləcəyi qeyd edilir.