Hondanın elektrik dövrü üçün böyük planları var.
Gent.az xəbər verir ki, “Prologue” modelini istehsal etmək üçün General Motors müştərək çalışan yapon istehsalçısı keçən il təqdim etdiyi "0 Series" modellərini inkişaf etdirməyə davam edir.
Paz tipli sedan və “DeLorean”a bənzəyən gövdəli SUV dizayn edən Honda, yeni modellərinin ilk görüntülərini paylaşıb.
Paylaşılan modellərin hər ikisi prototipdir. Lakin Honda bu prototiplərin "0 Series” modellərinin istehsal versiyasını təmsil etdiyini açıqlayıb.
Hər iki prototip yanvarın 7-də Las-Veqasda keçiriləcək CES Sərgisində təqdim olunacaq.
Honda həmçinin yarmarkada avtonom idarəetmə texnologiyasının mövcud vəziyyətini nümayiş etdirəcək.