"Shell" şirkəti ekspress-yükləmə texnologiyalarında yenilik edib — indi elektromobillər üçün hazırlanmış EV-Plus soyuducu maye ilə batareyaların 10%-dən 80%-ə qədər doldurulması 10 dəqiqədən az vaxt çəkəcək. Aşağı temperaturda belə maye batareyaların enerjini daha yaxşı qəbul etməsinə və ötürməsinə kömək edəcək.
Təcrübə məqsədilə 34 kVt/saat tutumlu batareya üzərində aparılan testlər göstərib ki, bu maye olmadan ekspress-yükləmə zamanı batareyadakı hüceyrələr tez xəstələnir. Shell bildirir ki, aerodinamikası optimallaşdırılmış bu tip batareyaya malik elektromobil 1 dəqiqəlik şarjla 24 km-ə qədər məsafə qət edə bilər — ənənəvi modellərdə bu göstərici yalnız 5 km-dir.
EV-Plus mayesi dielektrik xüsusiyyətə malikdir, yəni elektrik cərəyanını keçirmir və batareyanın daxili hissələri ilə təhlükəsiz təmasda ola bilər. Hazırda bu mayenin avtomobil istehsalçılarına nə vaxt təqdim ediləcəyi məlum deyil, amma güman edilir ki, qlobal bazarda böyük maraq doğuracaq.