Almaniyanın avtomobil nəhəngi "Volkswagen" 88 illik tarixində ilk dəfə olaraq Almaniya ərazisində yerləşən istehsal müəssisələrindən birini bağlamaq qərarına gəlib.
Gent.az xəbər verir ki, məlumata görə, 2002-ci ildən fəaliyyət göstərən Drezden zavodu iqtisadi və enerji böhranları fonunda fəaliyyətini dayandıracaq. Sözügedən müəssisədə açıldığı gündən bu yana təxminən 200 min avtomobil istehsal olunub.
Bu qərar ötən il həmkarlar ittifaqları ilə əldə olunan razılaşmanın bir hissəsidir. Razılaşmaya əsasən, Volkswagen brendi üzrə Almaniyada ümumilikdə 35 min iş yeri ixtisar ediləcək.
Qeyd edək ki, “Şüşə Zavod” (Glass Factory) kimi tanınan Drezden müəssisəsi yalnız avtomobil istehsalı ilə deyil, eyni zamanda sərgi və nümayiş məkanı kimi də fəaliyyət göstərirdi.


