Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçirilir.
Gent.az xəbər verir ki, virus kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələrində daha ağır və fəsadlarla nəticələnir.
Bunu Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.
Onun sözlərinə görə, qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır: "Bu səbəbdən COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır". (Yenisabah.az)