COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Gent.az xəbər verir ki, Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254 nəfərdir.
Ölkədə son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.