Keçmiş iranlı futbolçu və aktyor Əli Ənsarian koronavirusdan vəfat edib.
Gent.az xəbər verir ki, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilən Ənsarian 43 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, İran millisi ilə yanaşı "Persepolis", "Şəhrdari Təbriz", "Şahin Buşehr" kimi klublarda da çıxış edib. Ənsarian 2012-ci ildə futbolçu karyerasına son qoyub.
O, həmçinin aktyor kimi də faliyyət göstərirdi.