Bütün dünyda koronavirusun 3-cü dalğası gözlənilir.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi işçisi, alim Tevfik Özlü məlumat verib.
O, qeyd edib ki, koronavirusun mutasiyaya uğraması ilə bütün dünyada yeni dalğa təhlükəsi yaranıb:
"İngiltərə başda olmaqla, dünyanın bir çox ölkəsində koronavirusun mutasiyaya uğramış yeni növü yayıldı. Bu səbəblə, yoluxma sayında ciddi artım müşahidə edilir. Bir sözlə, koronavirusun 3-cü dalğası gözlənilir və buna hazır olmaq lazımdır. Sosial məsafəyə və maskadan istifadəyə xüsusi diqqət yetirmək lazımdır. Koronavirusun yeni növü ilə bağlı gələcəyi təxmin edə bilmirik. Nəyin baş verəcəyini deyə bilmərik. Ümid edirəm ki, bu vəziyyət dünyanın digər ölkələrində təkrarlanmaz".