Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupunun üzvü Dr. Piter Dasak koronavirusun Cənubi Çin və Cənub-Şərqi Asiyadakı yarasalar tərəfindən yayıldığını bildirib.
O, bu barədə “New York Times” qəzatinə açıqlamasında deyib.
“New York Times” ilə söhbətində Dasak nəticələrin ümumiləşdirilməsi zamanı çinli alimlərin əksəriyyətinin ÜST-ün missiyasında iştirak etdiyini qeyd edib. Eyni zamanda, mütəxəssislər koronavirusun laboratoriyadan sızma yolu ilə meydana çıxma ehtimalını az hesab ediblər.
Xatırladaq ki, koronavirusun meydana gəlməsinin səbəblərinin araşdırılması 14 yanvarda Uhanda başlayıb. ÜST-ün bir qrup nümayəndəsi xəstəxanalar, bazarlar və s. daxil olmaqla bir çox yeri gəzib. Bundan sonra mütəxəssislər infeksiyanın bir ara ötürücüsünsün olduğu qənaətinə gəliblər.