Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Gent.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3-ü vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 156 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 172 nəfərdir.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 500, bu günə qədər isə ümumilikdə 7 599 421 test icra olunub.