Fevralın 19 gecə saatlarında Mars planetinə ilk dəfə helicopter daşıyan “Perservance” adlı marsdagəzən eniş etdi.
Bir neçə Aydan sonar onun yanına Çinin istehsalı olan analoji aparat gələcək. Hal-hazırda “Tyanven-1” aparatı qırmızı planetin orbitində fırlanaraq eniş üçün yaxşı yer axtarır.
Fevralın 9-isə Marsa ərəblərin göndərdiyi zond çatıb.
Onlar orada nə axtarır? Marsa bu diqqət nədəndir?
“Alibaba” şirkətinin təsisçisi Cek Manın sözlərinə görə bu marağa səbəb yeni neftdir. Marsın kifayət qədər sirrli planet olduğunu nəzərə alsaq, həqiqətən də orada neft axtarışları nəzərdə tutula bilər. Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri və Çin Marsın orbitinə çatan 5-ci və 6-cı ölkə olacaq.
Marsda həyat varmı?
Bir çoxuna geologiya elmi darıxdırıcı gələ bilər. Lakin məhz onun sayəsində biz niyə Yer planetində cənnətin olmasını, Mars və Veneranın isə cəhənnəmə bənzədiyini öyrənə bilərik. Bəlkə biz də belə təhlükə gözləyir? Və ya Marsı kolonizasiya üçün istifadə etmək olar?
Ötən əsrdə ABŞ və SSRİ-nin Marsa göndərdiyi zondlar orada həyatın olmadığını göstərmişdi. Lakin, buna baxmayaraq, XXI-ci əsrdə bu planetə maraq yenidən artıb. Yeni araşdırmalar göstərir ki, planetin üzərində buz formasında olsa da su mövcuddur.
Bundan əlavə, Marsın landşaftı onu göstərir ki, nə vaxtsa onun səthinin böyük hissəsində okean olub.
Bəs bu çaylar, dənizlər, dəryalar və həmçinin atmosfer hara yox olub? Orada həyat formalaşmağa vaxt tapıb, yoxsa yox? Bəlkə də yerin altında hələ də həyat formalarına rast gəlmək olar?
Bunlar çox ciddi suallardır. Çünki, əgər Yer planetində geoloqlar minlərlə nümunəni araşdırmaq imkanına malikdirsə, Marsa gəldikdə onlar planetdən göndərilən şəkillər ilə yetinməyə məcburdurlar. Bütün çətinliklərə baxmayaraq bəşəriyyət usanmır və hər dəfə qonşu planetdə nə baş verdiyini öyrənməyə cəhd edir.