"Qalatasaray"ın hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara sosial şəbəkədə yeni paylaşım edib.
Gent.az -ın xarici mediaya istinadla xəbərinə görə, model büstqaltersiz poza verdiyi fotosunu paylaşıb.
Vanda ətrafdakıların anlayışının olmamasından şikayətlənib.
“Zahirən məni çox adam tanıyır, amma daxilən çox azdır... Paradoksaldır ki, məni tanıyanlar həmişə məni sevir, digərləri isə mənim kim olduğumu bilmədən danışır”.
Xatırladaq ki, Vanda Nara İkardi ilə ayrıldıqdan sonra yeni münasibət qurduğunu elan edib – yeni sevgilisi ondan 13 yaş kiçikdir.