Stilistlər 2024-cü ilin yayında dəbdə olacaq ayaqqabılar barədə məlumat veriblər. Onlar 2000-ci illərin dəbinin geri qayıtdığını vurğulayıblar.
Gent.az -ın xarici mediaya istinadən xəbərinə görə, bu yay üzərində böyük çiçək fiqurları olan ayaqqabılar trend olacaq.
Əgər sizin belə ayaqqabınız yoxdursa, onu özünüz hazırlaya bilərsiniz. Belə ki, üstü açıq yay ayaqqabılarınızın üzərinə böyük sintetik çiçəklər yapışdırmaqla dəblə ayaqlaşa bilərsiniz.
Çiçəklərin rəngini geyiminizə uyğun seçmək, dəyişmək də sizin əlinizdə olacaq.