Al-əlvan losinlrə, platformalı ayaqqabılar, bonbonlu papaqlar və rənbərəng sviterlər, “eşofmanlar”, cins kostümləri.
80-ci illərdə doğulan insanlar üçün bu geyimlər bir arzu, sonra gündəlik geyim, sonda isə biabırçılıq əlaməti olmuşdu. Amma hal-hazırda 90-cı illərə aid geyimlər nədənsə yenə dəbə minir.
Sviterlər
Türkiyədə istehsal edilən həmin rəngbərəng sviterlər: xəttli, ziqzaqlı, şəkilli və s. O dönəm bu paltarla istənilən yığıncağa qatılmaq olardı, lakin 2000-ci illər yaxınlaşdıqca artıq sviterlər yavaş-yavaş dolablardan atılmağa başladı. Amma bir neçə il öncə sviter geyinənə ya alim, ya da ki dilənçi kimi baxırdılar.
Rəngbərəng “eşofmanlar”
90-cı illərin daha küçə dəbi. Gözlənilmədən bazarda peyda olan Çİn və Türkiyə istehsalı olan “eşofmanlar” insanların ağlını başından alır.
Brüs Li və Van Dammın kinoları fonunda böyüyən gənclər üçün ən rahat və ideal geyim idi.
Böyük döşəməli idman ayaqqabıları
Rəngbərəng “eşofmanların” ayrılmaz yol yoldaşı olan bu ayaqqıblar camaatın qəlbini ram etməyi bacarmışdı. Həqiqətən də ayaqda nəhəng görsənən bu al-əlvan ayaqqabılar zənginlik əlaməti sayılırdı.
Rəngsiz Sovet dönəmi ayaqqabılarından sonra onlar sanki bir yeni nəfəs idi.
Kəmər çantaları
Sovet dönəmi bitəndən sonra böyük bir ərazidə yaşayan insanlar kütləvi olaraq xaricdən mallar gətirməyə və ticarət etməyə başladı.
Həmin insanlar üçün bu geyim atributu əvəzedilməz oldu. Çünki topa ilə pulu bu çantaya rahat şəkildə qoymaq olurdu. Çantanın özünü isə pencəyin və köynəyin altında gizlətmək olurdu.
Yastıburunlu beysbol papaqları
Bazarda rahat satıldığına baxmayaraq, bu papağı taxıb arada əcnəbi turist kimi gəzmək olardı. Xaricə inteqrasiyamız məhz bu papaqlardan başlayırdı.