Bir zamanlar dəbdə olan velvet geyimlər bu qış yenidən dəbə qayıdır.
Gent.az “Vogue”a istinadən xəbər verir ki, bol kəsim velvet şalvarlar xüsusilə dəbdə olacaq
Dizaynerlər bildirir ki, təkcə şalvar deyil, velvet materiallı donlar, ətəklər və köynəklər də geri dönüş edəcək. Artıq bir sıra məşhurlar bu növ geyimlərdən istifadə etməyə başlayıb.
Məşhur “Miu Miu” brendi də öz kolleksiyasına velvet materiallı geyimləri əlavə edib.
Qeyd edək ki, velvet geyimlər əsasən 90-cı illərdə dəbdə idi.