Qarlı və çovğunlu hava şəraiti məktəblərdə şagirdlərin dərslərə davamiyyətinə də təsir edib.
Gent.az xəbər verir ki, bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.
Bununla bağlı sabah məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı hansısa məlumat yoxdur:
"Məktəblərdə davamiyyət xeyli aşağı düşüb. Bu, daha çox kəskin hava şəraiti ilə bağlıdır. Tədris də bütövlükdə ənənəvi şəkildə deyil, qismən bərpa olunub. Daha çox distant formada keçirilir. Amma bütövlükdə dərslərin dayandırılması ilə bağlı hansısa məlumat yoxdur"(bakupost.az)