O, mayın 29 və ya 31-də Mayamidə yenidən rinqə çıxacağını bildirib.
Gent.az xəbər verir ki, amerikalı döyüşçü rəqibinin kim olacağına aydınlıq gətirməyib.
Xatırladaq ki, Taysonun son döyüşü ötən ilin noyabr ayında baş tutub. O, yarımağır çəkidə keçmiş dünya çempionu Roy Cons ilə yurmuqlaşıb. Səkkiz raundluq qarşılaşma heç-heçə ilə başa çatıb.