İtaliyanın "Yuventus" klubunun və Türkiyə millisinin futbolçusu Merih Demiral koronavirusa yoluxub.
Gent.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin testi ötən həftə yığmanın düşərgəsində müsbət çıxıb.
Demiral Turinə xüsusi təyyarə ilə qayıda biləcək.
Qeyd edək ki, Merih Demiral Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununu buraxıb. O, 2019-cu ildən "Yuventus"da çıxış edir.