"Bolonya"nın futbolçusu Rodriqo Palasio İtaliya A seriyasında yeni rekorda imza atıb.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, buna ötən gün 34-cü turda "Fiorentino" ilə matçda (3:3) nail olub.
39 yaş 86 günlüyündə olan hücumçu görüşdə het-trik edib. Beləliklə, Palasio yerli çempionatda 1 matçda 3 qol vurmağı bacaran ən yaşlı oyunçu olub. İndiyədək bu göstəricidə rekord isə 1950-ci ildə 37 yaş 51 günlüyündə het-trik edən Silvio Piolaya məxsus idi.
Qeyd edək ki, Palasio bu mövsüm A seriyasında 32 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.