Münhen "Bavariya"sı portuqaliyalı ulduzla bağlı maraqlı təklif alıb.
Gent.az xəbər verir ki, 38 yaşlı hücumçuya yaxınlığı ilə bilinən məşhur jurnalist Piers Morgan bildirib ki, “Bavariya”nın icraçı direktoru Oliver Kan Ronaldo ilə bağlı maraqlı təklif alıb.
İddialara görə, alman milyarder Markus Şon Oliver Kana göndərdiyini məktubda qeyd edib ki, “Bavariya” Ronaldonu transfer etsə, milyarder bütün xərcləri öz üzərinə götürəcək. “Bavariya”nın təklifə necə cavab verdiyi məlum deyil.