Bu barədə UFC-nin prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib.
Gent.az xəbər verir ki, o, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib:
"Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik".
Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dən olan Dastin Porye ilə görüşdə ciddi zədə alıb.(oxu.az)