"Qalatasaray"ın sabiq oyunçusu Səlcuk İnan Türkiyənin "Qaziantep" klubuna baş məşqçi təyin olunub.
Gent.az-ın klubun rəsmi səhifəsinə istinadən məlumatına görə, 39 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
S.İnan 2020-22-ci illərdə "Qalatasaray"da köməkçi məşqçi, 2022-23-cü illərdə isə "Kasımpaşa"da baş məşqçi kimi fəaliyyət göstərib.