Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hillal” klubunun hücumçusu Neymar Argentina millisinin ABŞ-ın “İnter Mayamı” klubunun hücumçusu Lionel Messi ilə münasibətindən danışıb.
Gent.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, Neymar deyib ki, bir-birindən uzaq olsalar da, amma ünsiyyətləri davam edir, çox danışırlar.
“Biz bir-birimiz üçün çox sevinirik. Titullardan söz düşmüşkən, qalib gələndə mənə mesaj göndərdi.
O, əla oğlandır, mənim üçün əla nümunədir, əsl kumirdir.
O, mənim kumirim olmaqla yanaşı, həm də dostumdur. Biz çox ünsiyyət qururuq”, - “Əl-Hilal”ın hücumçusu Neymar deyib.