UEFA “Qarabağ”ı cərimələyib.
Gent.az xəbər verir ki, klub Çempionlar Liqasında keçirdiyi 2 oyundan sonra 28,500 avro məbləğində cərimə edilib.
Bolqarıstanda “Ludoqorets” komandasına 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab oyununda Ağdam təmsilçisi "düzgün olmayan davranış" səbəbindən 6,000 avro cərimələnib.
Daha ağır cərimə isə “Qarabağ”-ın Bakıdakı pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandasına 0:2 hesabı ilə uduzduğu qarşılaşma üçün verilib. Bu oyunda "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" səbəbilə klub 22,500 avro ziyana düşüb.
Detal qeyd olunmasa da, cəzanın böyük ehtimalla trubunalardan yüksələn "UEFA-mafia" şüarıyla əlaqədar olduğu düşünülür.