“Mançester Yunayted”in ingilis futbolçusu Markus Reşford bu ay sözün mənfi mənasında əsl “qəhrəman”a çevrilib.
Gent.az -ın xəbərinə görə, əvvəlcə komandanın baş məşqçisi Ruben Amorim futbolçunun münasibətinin ciddi olmadığına eyham vuraraq, onu komandadan uzaqlaşdırıb. İndi, demək olar ki, eyni səbəbdən, sevgilisi Reşforddan üz döndərib.
Markus və "Sevgi adası" TV şousunun ulduzu Qreys Cekson keçən ay münasibətə başlayıblar, lakin “The Sun” xəbər verir ki, "Qreys Markusun ona ciddi yanaşmadığını və gələcəyinin olmadığını başa düşüb, Ona görə də münasibətləri bitirməyə qərar verib".
Qeyd edək ki, Reşford ötən il yeniyetməlik illərindən birlikdə olduğu sevgilisindən ayrılıb və son vaxtlar maliyyə çatışmazlığı səbəbindən malikanə tikintisini dondurub.