UEFA Avropa Liqasının Liqa mərhələsinə bu gün start veriləcək.
Gent.az xəbər verir ki, I turun ilk oyun günündə azarkeşlər 9 qarşılaşmaya şahidlik edəcəklər.
Günün ən maraqlı oyunlarından biri Xorvatiyada keçiriləcək. Burada "Dinamo" "Fənərbağça"nı qəbul edəcək. Digər diqqətçəkən matçda isə "Betis" doğma meydanda İngiltərənin "Nottingem Forest" klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqası – Liqa mərhələsi – I tur
24 sentyabr
20:45 – PAOK (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail)
20:45 – "Midtyullann" (Danimarka) - "Şturm" (Avstriya)
23:00 – "Dinamo" (Xorvatiya) - "Fənərbağça" (Türkiyə)
23:00 – "Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə)
23:00 – "Braqa" (Portuqaliya) - "Feyenoord" (Niderland)
23:00 – "Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya)
23:00 – "Frayburq" (Almaniya) - "Bazel" (İsveçrə)
23:00 – "Nitsa" (Fransa) - "Roma" (İtaliya)
23:00 – "Ludoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)