2026 Dünya çempionatı Avropa seçmə mərhələsinin E qrupunda çıxış edən Türkiyə millisi doğma azarkeşləri önündə Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.
Gent.az xəbər verir ki, qarşılaşma Kocaeli stadionunda baş tutub.
Qələbə sayəsində “Ay-ulduzlular” həm azarkeşlərini sevindirib, həm də qrupda böyük üstünlük qazanıb. Türkiyənin qollarını Kenan Yıldız, Yunus Akgün və Merih Demiral (2) vurub.
Matçın ilk dəqiqələrindən etibarən oyunun ipini əlinə alan Türkiyə hücumda təsirli çıxışı ilə azarkeşləri coşdurub.
Türkiyə bu nəticə ilə Dünya çempionatı yolunda əhəmiyyətli addım atıb və qrup liderliyi uğrunda mövqeyini möhkəmləndirib.